İranda daha bir edam: Fitnə-fəsad yayırmış
İranda İsrailin milli kəşfiyyat təşkilatı “Mossad”a casusluq edən Bəhmən Çubi-Asl adlı şəxs edam edilib.
Gundem.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Bəhmən Çubi-Asl “Mossad"a casusluq” və “yer üzündə fitnə-fəsad yaymaq” ittihamları ilə mühakimə olunub.
Məlumata görə, “Mossad”ın Çubi-Asl ilə əməkdaşlığının əsas məqsədi İranın məlumat mərkəzlərinə sızmaq və dövlət qurumlarının informasiya infrastrukturuna çıxış əldə etmək olub.