III MDB Oyunlarında avarçəkmə yarışları başa çatdı - FOTOlar
Ölkəmizdə təşkil edilən III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışları yekunlaşıb.
Gundem.az xəbər verir ki, Azərbaycan komandası bu yarışları 3 bürünc, 1 gümüş medalla başa vurub. Amil Ramazanov iki bürünc medala layiq görülüb.
Ramazanov birnəfərlik kayak qayığında 200 və 500 metr məsafədə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında üçüncü yer tutub. İkinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançıların mübarizəsində İvan Vorobjanski-Hüseyn Həsənov dueti finalda finişi üçüncü keçib.
Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançıların yarışında 1 nəfərlik kayak qayığında 200 metr məsafədə fəxri kürsünün ikinci pilləsinə qalxıb.