Image

İllər sonra azadlığa çıxır - 11 milyon dollar ödəyəcək

Livan məhkəməsi Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin azadlığa buraxılmasına qərar verib.

Gundem.az xəbər verir ki, bu barədə məlumatı “L’Orient-Le Jour” portalına H.Qəddafinin vəkili açıqlayıb.

Bildirilib ki, o, 11 milyon dollar ödəmək müqabilində sərbəst buraxılacaq.

Xatırladaq ki, 50 yaşlı Hannibal Qəddafi 2015-ci ilin dekabrından Livanda həbsdə idi. O, şiə imamı Musa Sədr, eləcə də onun iki tərəfdaşı jurnalist Abbas Bədrəddin və Şeyx Məhəmməd Yakubun 1978-ci ilin avqustunda Liviyada yoxa çıxması ilə bağlı məlumatları gizlətməkdə ittiham olunub.

Xəbər lenti

Kiyevdə matəm elan edilib