Novxanı yolunda faciə - "Azərişıq"ın əməkdaşı elektrik dirəyində öldü
Ötən gün Novxanı ərazisində elektrik ustası iş başında faciəvi şəkildə ölüb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Abşeron rayonunun Novxanı yolunda qeydə alınıb.
Belə ki, "Azərişıq"ın əməkdaşı elektrik dirəyində iş görən zaman ehtiyatsızlıqdan faciə baş verib. İşçi yüksək cərəyanlı kabelə toxunub. Hadisə nəticəsində o yerindəcə həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: baku.ws