Sumqayıtda restoranda yanğın baş verib
Sumqayıtda "Samovar" restoranında yanğın baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, restoranın dam örtüyündə başlayan yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
*** 09:58
Sumqayıtda "Samovar" restoranında yanğın başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.
Mənbə: baku.ws