Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
Azərbaycan həndbol ictimaiyyətinə ağır itki üz verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası İqor Leksutov bu gün 82 yaşında vəfat edib.
O, 1967-ci ildən məşqçi və baş məşqçi vəzifələrində çalışıb.
İqor Leksutov 40 ilə yaxın məşqçilik fəaliyyəti boyunca yüzlərlə idmançının yetişməsinə, Azərbaycan idman məktəbinin formalaşmasına böyük töhfələr verib.
Mənbə: baku.ws