Image

Dünyanın ən uzaqməsafəli hibrid krossoveri məlum oldu

Çinin "Xpeng" avtomobil istehsalçısı yeni "Xpeng G7" krossoverinin ilk şəkillərini yayımlayıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, əvvəllər yalnız elektrikli nəqliyyat vasitəsi kimi satılan avtomobilin hibrid versiyası 2026-cı ildə satışa çıxarılacaq. İstehsalçının hesablamalarına görə, "Xpeng G7" bir dəfə enerji və yanacaqdoldurulma ilə 1 704 kilometr məsafə qət edə biləcək ki, bu da hibrid SUV üçün məsafə rekordudur.

Yeni krossoverin güc aqreqatına 55.8 kVt/saatlıq litium-dəmir-fosfat batareyası daxildir ki, bu da G7-yə yalnız elektrik enerjisi ilə 430 kilometrə qədər məsafə qət etməyə imkan verir. Həmçinin avtomobil 150 at gücü istehsal edən 1.5 litrlik daxiliyanma mühərriki ilə təchiz olunub.

Qalereya

Xəbər lenti

Bu yol 2 gün bağlı olacaq