Sumqayıtda ahıl kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 68 yaşlı kişi dəm qazından boğularaq ölüb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Bağırov Abbasəli Mansur oğlu yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Mənbə: baku.ws