Image

Sumqayıtda aptekdə yanğın başlayıb

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin 36-cı məhəlləsində yerləşən apteklərin birində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Mənbə: baku.ws

Xəbər lenti

Gədəbəyə dolu yağıb

Tramp Paşinyanı təbrik edib