Image

Köməksiz vəziyyətdə qalan uşaq xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Gundem.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Mənbə: gundem.az

Xəbər lenti

Kadir İnanır vəfat edib

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb