Gəncədə ev yanıb
Gəncə şəhərində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və çardağı 45 m² sahədə yanıb.
Gundem.az FHN-nin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: gundem.az