Image

Qətlə yetirilən mayorun FOTOsu

Azərbaycan ordusunun zabiti Amil Abdullayev xidmət vaxtı qətlə yetirilib. Cinayət əməli ilə bağlı onun zabit yoldaşı, kapitan Nizami Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, zərərçəkmiş A. Abdullayev mayor olub. O, İkinci Qarabağ Müharibəsində döyüşüb. Bir neçə rayonun işğaldan azad edilməsinə görə təltif edilib.

Sosial şəbəkələrdə qətlə yetirilən mayorun fotosu yayılıb.

Qeyd edək ki, hadisə ilə bağlı Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Kadir İnanır vəfat edib

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb