Göyçayda 15 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib
Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Tərəkə kənd sakini 2009-cu il təvəllüdlü Ə.G sirkə turşusundan zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır olan şəxs Bakı şəhər xəstəxanalarından birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WSMənbə: baku.ws