Image

Hasardan tullanan 14 yaşlı yeniyetmənin mədəsi deşilib

14 yaşlı yeniyetmə 28.01.2024 tarixində qarında, döş qəfəsində kəskin ağrı, boğulma, təngnəfəslik şikayətləri ilə təcili yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə gətirilib.

BAKU.WS xəbər verir ki, bu barədə KTM-nin mətbuat katibi Ruzbeh Məmməd paylaşım edib.

Yaxınlarının verdiyi məlumata görə, yeniyetmə hasardan aşarkən dəmir barmaqlıqlar qarın nahiyəsinə batıb. Aparılan müayinələr nəticəsində xəstədə qarının daxilə nüfuz etmiş açıq yarası və döş qəfəsində sol tərəfli pnevmo-hemotoraks aşkarlanıb.

Xəstə təcili olaraq əməliyyata götürülüb və əməliyyat zamanı mədənin deşildiyi məlum olub. Həkim-uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə keçirilən əməliyyat zamanı sol plevra boşluğu torokasintez olunub, drenaj qoyulub. Qarın boşluğunda isə laparotomiya əməliyyat icra edilib.

Hazırda xəstənin vəziyyəti stabildir və müalicəsi davam etdirilir.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb