Bakıda hərbçilər qəzaya düşdü: yaralılar var - VİDEO
Bakının Suraxanı rayonunda hərbçilərin olduğu minik avtomobili qəzaya uğrayıb.
Gundem.az Bakı.vs-ə istinadən xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
Qəza zamanı maşın işıq dirəyinə çırpılıb.
Nəticədə biri ağır olmaqla iki nəfər xəsarət alıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Mənbə: gundem.az