Şərurda evdən kişi meyiti tapılıb
Şərur rayonu Yengicə kəndində evdən kişi meyiti tapılıb.
Gundem.az xəbər verir ki, fevralın 3-də kənd sakini 1975-ci il təvəllüdlü Bağırov Sadiq Rza oğlunun meyiti yaşadığı evdə tapılıb. Faktla bağlı Şərur rayon prokurorluğunda araşdırma başladılıb.
Məlumatı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidməti APA-ya təsdiq edib.
Mənbə: gundem.az