Qusarda birmərtəbəli ev yandı
Qusar rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Gundem.az-a verilən məlumata görə, rayonun Atlıxan kəndində ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə, dam örtüyü 150 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: gundem.az