Image

Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb

Baş nazir Əli Əsədov martın 12-də Azərbaycanda səfərdə olan Timor-Leste Prezidenti Jose Ramos-Horta ilə görüşüb.Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Timor-Leste Prezidentinin 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Timor-Leste arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Mənbə: anews.az

Xəbər lenti

Qusarda sürüşmə baş verib