Image

Ötən il 31 məktəbdə təmir işləri tam başa çatıb

2025-ci ildə 31 təhsil müəssisəsində tikinti işləri yekunlaşdırılıb, onlardan 11-i Heydər Əliyev Fondu tərəfindən inşa edilib. Bunu baş nazir Əli Əsədov Milli Məclisdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, hazırda 97 təhsil müəssisəsində, o cümlədən 70 modul tipli məktəbdə tikinti-quraşdırma işləri davam etdirilir.

Baş nazir əlavə edib ki, hesabat dövründə 959 təhsil müəssisəsində cari təmir işləri aparılıb.

Bunların arasında 10 peşə məktəbi, 4 kollec, 185 məktəbəqədər təhsil müəssisəsi və 760 ümumi təhsil müəssisəsi yer alır.

Əsədov qeyd edib ki, təhsil infrastrukturu ilə bağlı bu işlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti