İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
İranın Dəşt-Abbas-Mormuri avtomobil yolunda sərnişin avtobusu aşıb. Qəza nəticəsində azı 5 nəfər ölüb, 17 nəfər yaralanıb.
Bu barədə İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
"Qəza nəticəsində 17 nəfər yaralanıb, azı 5 nəfər həyatını itirib", - məlumatda bildirilib.
Mənbə: anews.az