Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Bolqarıstanda "Trakiya" avtomagistralında baş verən iki zəncirvari yol qəzasında ölənlərin sayı 13-ə çatıb.Bu barədə Bolqarıstan mediası məlumat yayıb.
Bildirilib ki, daha əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 42 yaşlı kişi Burqas xəstəxanasında vəfat edib. Müxtəlif xəsarətlər alan daha 51 nəfər xəstəxanalarda müalicəsini davam etdirir.
Noyabrın 10-u səhər saatlarında "Trakiya" avtomagistralında iki zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda ümumilikdə 86 minik və yük avtomobili toqquşub.
Mənbə: anews.az