Image

Azərbaycan İrandan Naxçıvan PUA insidentinin araşdırılmasını gözləyir

Azərbaycan İranın Naxçıvanda pilotsuz uçuş aparatı (PUA) zərbəsi ilə bağlı insidentin araşdırılacağına və gələcəkdə oxşar halların qarşısının alınacağına ümid edir. Bunu xarici işlər naziri Ceyhun Bayramov Ər-Riyad şəhərində keçirilən XİN rəhbərlərinin məsləhət görüşündə deyib.

Onun sözlərinə görə, martın 5-də İran ərazisindən buraxılan PUA-lar Naxçıvan Muxtar Respublikası ərazisində infrastruktura zərbə endirib. Hadisə nəticəsində 4 mülki şəxs yaralanıb, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanı ziyan görüb.

Azərbaycan hadisəyə operativ reaksiya verdiyini və suverenliyini qorumağa sadiq olduğunu bildirib.

Prezident İlham Əliyev hücumu terror aktı kimi qiymətləndirərək məsul şəxslərin cəzalandırılmasını tələb edib.

Aytac Zeynalova 

Mənbə: anews.az

Xəbər lenti

Qusarda sürüşmə baş verib