Image

Gəncədə evdə partlayış olub

Göygöldə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var.

Hadisə rayon ərazisində qeydə alınıb.

Məlumata görə, şəhər sakini 1965-ci il təvəllüdlü M.Yolçuyevin yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti