Image

Qızıl və gümüş bahalaşıb

Qızılın qiyməti 1% artaraq 4 603 ABŞ dollarına bərabər olub. Bu barədə Nyu-Yorkun COMEX əmtəə birjasında qeyd olunub.

Gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 2,74% bahalaşaraq 72,5 ABŞ dolları təşkil edib.

Platin spot bazarda (XPT/USD) 3,07% bahalaşaraq 2 066,78 dollar/unsiyaya çatıb. Qiymətli metalın dəyəri son ticarətdə 61,51 dollar artıb.

Analitiklər qiymətli metallar bazarındakı yüksəlişi qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi risklərin güclənməsi və investorların təhlükəsiz aktivlərə marağının artması ilə izah edirlər

Aytac

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb