Image

“Azəriqaz”dan abonentlərə XƏBƏRDARLIQ: Fasilə OLACAQ

“SmartElektroniks” MMC tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.

Bu barədə Gundem.az-a “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan səbəbdən ödəniş sistemi martın 2-si saat 22:00-dan martın 3-ü saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.

“Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart-kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur”, - məlumatda qeyd edilir.

Mənbə: gundem.az

Xəbər lenti