Image

Ürək əməliyyatı olan aparıcı vəfat etdi

NTV-nin keçmiş aparıcısı Svetlana Kunitsyna ürək əməliyyatı və reanimasiyadan sonra vəfat edib. BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə onun həmkarı Pavel Lobkov feysbuk hesabında bildirib. "Svetlana Arkadyevna Kunitsyna öldü!" - deyə Lobkov yazıb.

Kunitsyna ağır ürək əməliyyatı keçirib. Lobkov əlavə edib ki, aparıcı süni tənəffüs aparatına qoşulub.

Noyabrın 9-da Kunitsyna Moskvadakı Bakulev İnstitutunda ürək əməliyyatı olunub.

Qeyd edək ki, Svetlana Kunitsyna NTV-dəki işi sayəsində şöhrət qazanıb.

O, Leonid Parfenovun "Namedni" verilişində moda köşə yazarı kimi çalışıb, eyni zamanda modelliklə də məşğul olub.

Mənbə: baku.ws

Xəbər lenti

Lənkəranda ev yanıb

Daha bir tələbə vəfat edib

Rusiyada internet kəsilib