Image

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.

Görüşdə bu ilin aprelində İlham Əliyevin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilinin ötən il Azərbaycana səfəri və dövlət başçısı ilə görüşü məmnunluqla xatırlanıb. Bu səfərlərin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına töhfə verdiyi qeyd olunub.

Mariam Kvrivişvili Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin geniş region üçün əhəmiyyəti qeyd olunub.

Tərəflər müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafındakı rolunu, həmçinin ticarət dövriyyəsinin artırılması, nəqliyyat bağlantıları, enerji, investisiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Mənbə: anews.az

Xəbər lenti

Lənkəranda ev yanıb

Daha bir tələbə vəfat edib

Rusiyada internet kəsilib