Image

Dəm qazından zəhərlənən 6 uşaqdan ikisinin vəziyyəti ağırdır

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan ikisinin vəziyyəti ağırdır. Bu barədə Sumqayıt Tibb Mərkəzi və Respublika Pediatriya Mərkəzi məlumat verib.

"Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir. Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir", - məlumatda deyilir. 

Hadisə aprelin 1-də Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, onlardan biri aprelin 3-də vəfat edib.

 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Sumqayıtda ev yanıb - Video