Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Jurnalist Elnur Hidayətoğlu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyin olunub. Bu barədə yerli media məlumat yayıb.
Elnur Hidayətoğlu anews.az-a xəbəri təsdiq edib və bildirib ki, bu vəzifə ona həvalə olunub.
Hidayətoğlu buna qədər TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edirdi.
Bu təyinatadək Elnur Hidayətoğlu Bakı Baş Səhiyyə Mərkəzində departament rəhbəri vəzifəsində çalışıb.
O, daha əvvəl Kliniki Tibbi Mərkəzdə və Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda da rəhbər vəzifələrdə işləyib.
Gülnar Nazimqızı