“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Sabah” matçının biletlərinin satış vaxtı və qiymətləri məlum olub.Bu barədə Ağdam təmsilçisi rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Bildirilib ki, biletlər sabah saat 15:00-dan etibarən iTicket.az-da satışa təqdim olunacaq. Qiymətlər sektorlara uyğun olaraq 5-20 manat aralığındadır.
16, 17 və 18 aprel tarixlərində isə biletləri həm iTicket.az-dan onlayn, həm də Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən “Qarabağ” FK fanşopddan, eləcə də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.