Azərbaycanda 80 min fermer qadın fəaliyyət göstərir, sektorun 77%-ni qadınlar təşkil edir
Azərbaycanda 80 min fermer qadın fəaliyyət göstərir və kənd təsərrüfatı ilə məşğul olanların 77 faizini qadınlar təşkil edir. Bunu Kənd Qadınları Assossiyasının sədri Gülbəniz Qənbərova “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, fermer qadınların inkişafı istiqamətində əsas prioritetlərdən biri elektron xidmətlərin sadələşdirilməsidir. Qənbərova qeyd edib ki, kənd təsərrüfatında çalışan qadınların öz hüquqlarını bilməsi üçün maarifləndirmə tədbirləri həyata keçirilir. O əlavə edib ki, biznesini genişləndirən qadınların məhsullarının bazarlara və brendlərə çıxarılması üçün də dəstək mexanizmləri üzərində iş aparılır. Gülnar Nazimqızı