Qazaxıstanda qadınların rəqəmsal transformasiyada rolu artır - deputat
Qazaxıstanda gənclərin özünüreallaşdırması və özünütəşkilinin təşviqi, eləcə də qadınların rəqəmsal transformasiyada iştirakının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bunu Qazaxıstanlı deputat Nurgül Tau “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, müasir texnologiyalar distant məşğulluq, sahibkarlıq və təhsil üçün yeni imkanlar açır. O vurğulayıb ki, texnoloji dəyişikliklərin sosial-iqtisadi fərqləri dərinləşdirməməsi, əksinə azaltması üçün rəqəmsal bacarıqlara və resurslara çıxışın təmin edilməsi vacibdir. Deputat sahibkarlığının və innovativ təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, qadınlar getdikcə daha çox kreativ sənayelər, sosial iqtisadiyyat və texnoloji həllər sahəsində layihələrin təşəbbüskarı kimi çıxış edirlər. “Belə təşəbbüslərin dəstəklənməsi iqtisadiyyatın şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və rəqabətli biznes mühitinin formalaşmasına töhfə verir”, — o əlavə edib. O həmçinin qadınların ekoloji mədəniyyətin təşviqi və davamlı inkişafın irəlilədilməsində roluna diqqət çəkib. Onun sözlərinə görə, yerli icmalar səviyyəsində qadınlar tez-tez resurslardan səmərəli istifadə, ekoloji maarifləndirmə və sosial məsuliyyətin inkişafı üzrə təşəbbüslərlə çıxış edirlər. Gülnar Nazimqızı