Image

Sığorta sektorunda yığım və ödənişlər artıb

 

2025-ci ildə sığorta sektorunda yığım sığorta haqları 11.2% artaraq 1.5 milyard manata çatıb, ödənişlər isə 25% artaraq 31 milyon manat olub.

Sektorun aktivləri 4.2% artaraq 2.1 milyard manata yüksəlib. Mənfəət 166 milyon manat təşkil edib, kapital isə tələb olunan səviyyəni 86%-dən çox üstələyib.

Bununla yanaşı, zərər əmsalı 1 faiz bənd artaraq 58%-ə çatıb ki, bu da əsasən iri sığorta şirkətlərində ödənişlərin artması ilə bağlıdır.

Mərkəzi Bank sığorta bazarında şəffaflığın artırılması üçün yeni açıqlama tələbləri təsdiqləyib, həmçinin sərhəd sığortası üzrə elektron satış platformasını istifadəyə verib.

N.Təbrizli

Xəbər lenti