Image

Birbank-ın “Səyahət marafonu”kampaniyası ilədünyanı kəşf edin

 

Ölkənin ilk rəqəmsal bankı Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib. 08 aprel - 08 may 2026-cı il tarixlərini əhatəedən kampaniya Birbanklılara yığım edərək dəyərli hədiyyələr qazanmaq imkanı yaradır.

Kampaniya çərçivəsində Birbank tətbiqində“Səyahət” hədəfini seçərək ən yüksək məbləği toplayan 1 nəfərə 5 000 AZN dəyərində, növbəti 6 iştirakçıya isə hər biri 500 AZN dəyərində olmaqla səyahət kuponu təqdim olunacaq.

“Səyahət marafonu” kampaniyası həm mövcud, həm də yeni Birbank müştəriləri üçün keçərlidir. 

Ətraflı məlumat üçün: www.b-b.az/syh

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi iləmüştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ədaxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul vəxidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinəmüraciət edə bilərsiniz. 

Xəbər lenti

Bakıya dolu yağır - Video