Image

Biləsuvarın bəzi hissələrində işıq olmayacaq

Biləsuvar rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Məlumata görə, aprelin 15-də 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində təmir və ağac budanması işləri aparılacaq.

Bununla əlaqədar saat 11:00-dan 13:00-dək Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir və Tofiq İsmaylov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Mənbə: anews.az

Xəbər lenti