Image

Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu yaxınlarda Dərnəgül dayanacağını sərnişinlərin istifadəsinə verilməsi istiqamətində işləri başa çatdırır.

Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, qısa zamanda dayanacağın açılışı baş tutacaq.

Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaq turniket binaları, yerüstü keçid və 4 platforma ilə tezliklə sərnişinlərin xidmətində olacaq.

Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişlənəcək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan olacaq.

Mənbə: anews.az

Xəbər lenti