Image

Türkiyədə məktəbdə daha iki şagird ölüb

Türkiyənin Diyarbakır vilayətinin Ergani rayonunda ibtidai məktəbin həyətində ağaca ildırım düşməsi nəticəsində 2 uşaq ölüb, 1 nəfər isə ağır xəsarət alıb.

Hadisə səhər saatlarında baş verib.

Məlumata görə, ildırım məktəbin həyətində yerləşən ağaca düşüb. Bu zaman ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım və digər bir uşaq xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıları xəstəxanaya çatdırıb.

Serkan Yıldırım və Kasım Yıldırım həkimlərin səylərinə baxmayaraq, ölüb. Xəstəxanada müalicəsi davam edən digər yaralının isə vəziyyətinin ağır olduğu bildirilir.

Həyatını itirən uşaqlar əmioğludur

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb