Image

Ceyhun Bayramov Tailanda işgüzar səfərə gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfərə yola düşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Səfər çərçivəsində Ceyhun Bayramovun aprelin 20-də Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Faktiki hava açıqlanıb

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı

SEPAH Hörmüzü bağladı