Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Bu gün səhər Ukraynanın Xerson şəhərinin rayonlarından birində Rusiya avtomobilə dron zərbəsi endirib.Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin "Telegram" kanalında məlumat paylaşılıb.
Bildirilib ki, zərbə nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.