Image

Ölkədə buğda istehsalı azalıb

2026-cı ilin yanvar-martında Azərbaycan 371 min 801 ton buğda idxal edib.  Bu ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 83 min 806 ton , dəyər baxımından isə 20 milyon 520 min dollar çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Cari ilin  yanvar-martında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Azərbaycanda ərzaqlıq buğdaya olan illik tələbat təxminən 1,8 milyon tondur. Ölkə daxilində istehsal olunan təxminən 1,6 milyon ton buğdanın yalnız 300–400 min tonu ərzaqlıq buğda kimi istifadə olunur ki, bu da daxili tələbatın cəmi 20%-ni qarşılayır

Aytac Zeynalova

Xəbər lenti

Brent nefti 96 dolları keçib