Image

Əmiraslanov: rəqəmsal audit və süni intellekt Hesablama Palatası üçün əsas çağırışdır

Hesablama Palatasının fəaliyyətində rəqəmsal audit, data analitikası və süni intellektdən istifadə həm əsas çağırış, həm də audit keyfiyyətinin artırılması üçün mühüm imkanlar yaradır. Bu barədə Milli Məclisin deputatı Azər Əmiraslanov bildirib.

Deputat qeyd edib ki, Palatanın rəqəmsallaşma istiqamətində atdığı addımlar müsbət qiymətləndirilsə də, bu yanaşmanın daha da genişləndirilməsi vacibdir.

Əmiraslanovun sözlərinə görə, audit nəticələrinin praktik təsirinin artırılması üçün aşkar edilən nöqsanlara görə inzibati və hüquqi məsuliyyət tədbirləri sərtləşdirilməlidir.

O vurğulayıb ki, büdcə vəsaitlərinin səmərəli idarə olunması yalnız audit tədbirlərindən deyil, həm də büdcə prosesi, qanunvericilik, maliyyə hesabatlılığı və uçot sisteminin təkmilləşdirilməsindən asılıdır.

Deputat əlavə edib ki, Hesablama Palatası-nın tövsiyələrinin icrası parlament və hökumət arasında əməkdaşlıq çərçivəsində daha effektiv həyata keçirilməli və bu mexanizmin praktik təsiri artırılmalıdır.

Gülnar Nazimqızı 

Xəbər lenti