Metroda nasazlıq- Girişə məhdudiyyət qoyulub
Bakı metrosunda nasazlıq qeydə alınıb. Bu barədə sosial mediada məlumatlar yayılıb.
Bildirilib ki, "20 Yanvar" stansiyasında “28 May” istiqamətinə hərəkət edən qatar artıq 20 dəqiqədir gecikir.
Eyni zamanda “Memar Əcəmi stansiyası istiqamətində gedən qatar da stansiyada dayanıb.
Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Anews.az-ın sorğusuna cavab olaraq bildirib ki, bütün stansiyalarda sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
İlkin məlumata görə, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
Aytac Zeynalova