Image

Bakı metrosu fəaliyyətini bərpa edib- Yenilənib

"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunub. Bu barədə səhmdar cəmiyyətdən məlumat verilib.

Bildirilib ki, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

"Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik", - deyə metro bəyan edib.

 

***

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək. Bu barədə qurumdan bildirilib

13;09

Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək. Bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.

Bildirilib ki, nasazlıq aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

****

 Bakı metrosunda nasazlıq qeydə alınıb. Bu barədə sosial mediada məlumatlar yayılıb.

Bildirilib ki, "20 Yanvar" stansiyasında “28 May” istiqamətinə hərəkət edən qatar artıq 20 dəqiqədir gecikir.

Eyni zamanda “Memar Əcəmi stansiyası istiqamətində gedən qatar da stansiyada dayanıb.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Anews.az-ın sorğusuna cavab olaraq bildirib ki, bütün stansiyalarda sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. 

İlkin məlumata görə, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Aytac Zeynalova

Xəbər lenti

Sabah 22 dərəcə isti olacaq