Image

Bakı metrosunda ehtiyat generatorlar nə üçün işə düşməyib?

Metroda qısa qapanma hadisəsi tunelin içində baş verdiyi üçün ehtiyat generatorlar işə düşə bilməyib. Bunu anews.az-ın sualına cavab olar Bakı metropolitenin sözçüsü bildirib. 

Onun sözlərinə görə hadisənin səbəbləri hazırda araşdırılır və yaxın günlərdə bununla bağlı əlavə məlumat veriləcək.

Bundan əvvəl “Bakı Metropoliteni” QSC üçün ümumi gücü 39 meqavat olan 17 ədəd generator aldığını açıqlayıb.

Bildirilmişdi ki, bu generatorlar elektrik avadanlıqlarının minimal hərəkətini təmin edəcək. Yəni qatarlar daha tuneldə qalmayacaq.

Bakı Metropoliteni QSC metronun bütün stansiyalarına sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq etmişdi.

Məlumata görə, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Gülnar Nazimqızı

Xəbər lenti

Sabah 22 dərəcə isti olacaq