Sabah metroda qatarların intervalında gecikmələr olacaq - Rəsmi
Metroda qatarların sabit və fasiləsiz hərəkətini təmin etmək, həmçinin texniki işləri təhlükəsiz şəkildə başa çatdırmaq məqsədilə aprelin 22-də günün əsas sərnişin axını saatlarında “28 May-Əhmədli” sahəsində qatarlararası interval 2,5 dəqiqə olacaq. Bu barədə Bakı Metropolitenindən bildirilib. Qurum “Bakmil” istiqamətində hərəkət edən sərnişinlərə şənbə günü qrafikindən istifadə etməyi tövsiyə edib. Bakı Metropoliteni hadisə ilə əlaqədar sərnişinlərdən üzr istəyib və texniki araşdırmaların nəticələri, görüləcək işlər və digər məsələlərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.
İntervallar: ?”Əhmədli–28 May” - 2 dəqiqə 30 saniyə ?”28 May–Dərnəgül” - 5 dəqiqə ?”28 May–İçərişəhər” - 5 dəqiqə