Kapital Bank-ın LCR göstəricisi 2025-ci ilin sonunda 137.9% olub
Kapital Bank-ın likvidlik örtmə əmsalı (LCR) 2025-ci ilin sonuna 137.9% təşkil edib və bu da Bazel III standartları ilə müəyyən edilmiş minimum 100% həddini üstələyib. Bunu bankın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev çərşənbə günü keçirilən mətbuat konfransında deyib. O bildirib ki, həmin dövrdə bankın LCR göstəricisi milli valyutada 102.7%, xarici valyutada isə 310% olub.
Onun sözlərinə görə, bankın yüksək likvidlik səviyyəsi əsasən faiz gətirən aktivlərin böyük hissəsinin qısa və ortamüddətli kreditlərə, dövlət qiymətli kağızlarına və etibarlı istiqrazlara yerləşdirilməsi ilə təmin olunur. Mirzəyev bildirib ki, bu göstəricilər bankın müxtəlif bazar şərtləri qarşısında güclü likvidlik buferinə malik olduğunu göstərir.
Gülnar Nazimqızı