Gəncə şəhər İcra Hakimiyyətində araşdırma aparılır
Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparılır.
Anews.az-ın əldə etdiyi məlumata görə, Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb.
Araşdırmalar Hesablama Palatası tərəfindən aşkarlanmış tikinti və təmir layihələri, həmçinin aqrar subsidiyaların verilməsi üzrə ciddi maliyyə pozuntularının aparılması ilə bağlıdır.
Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.
Aytac Zeynalova