Yeni sistemlə bankın adından zəng edən dələduzları müəyyən etmək olur
Kapital Bank-ın təqdim etdiyi yeni yoxlama xidməti vasitəsilə 10,000-dən çox müştəri özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin dələduz olduğunu müəyyən edərək vəsaitini qoruyub. Bunu bank rəsmisi Ağarza Baxşiyev çərşənbə günü mətbuat konfransında deyib. O bildirib ki, ötən il Birbank mobil tətbiqinə əlavə edilən funksiya müştərilərə zəng edən şəxsin həqiqətən Kapital Bank əməkdaşı olub-olmadığını yoxlamaq imkanı yaradır. Onun sözlərinə görə, müştəri zəng zamanı qarşı tərəfdən bank əməkdaşı olduğunu sistem üzərindən təsdiqləməyi tələb edə bilir. Əgər zəng edən şəxs həqiqətən bank əməkdaşıdırsa, bununla bağlı mobil tətbiqdə bildiriş görünür, əks halda belə təsdiq göndərmək mümkün olmur. Baxşiyev bildirib ki, bu xidmətdən indiyədək 10,000-ə yaxın vətəndaş istifadə edib və dələduzluq cəhdini aşkar etdikdən sonra banka məlumat verib. Gülnar Nazimqızı