Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
Yunanıstana məxsus, Liberiya bayrağı altında üzən yük gəmisi Hörmüz boğazı yaxınlığında hücuma məruz qalıb.Bu barədə Yunanıstanın xarici işlər naziri Yorgos Gerapetritis CNN-ə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, hadisə gəmi boğazı tərk etməyə çalışarkən baş verib.
Gerapetritis vəziyyəti “son dərəcə narahatedici” adlandırıb və Yunanıstan hakimiyyətinin gəmi sahiblərinə maksimum ehtiyatlı olmaq, imkan daxilində isə Hörmüz boğazından keçməkdən çəkinmək barədə xəbərdarlıq etdiyini bildirib.