Image

Pentaqon: Hörmüz boğazındakı minaların təmizlənməsi altı ay vaxt alacaq

ABŞ ordusu Hörmüz boğazındakı minaların tam təmizlənməsinin altı aya qədər vaxt apara biləcəyini hesab edir.Bu barədə The Washington Post qəzeti məlumat yayıb.

Qiymətləndirmə Pentaqonun yüksək vəzifəli rəsmisi tərəfindən Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə qapalı brifinq zamanı təqdim olunub.

Brifinqdə bildirilib ki, boğazın minalardan təmizlənməsinə yönəlmiş hər hansı əməliyyata hərbi əməliyyatlar başa çatmadan başlanması mümkün deyil.

Qəzetin yazdığına görə, münaqişənin nəticələrinin qlobal iqtisadiyyata təsiri 2026-cı ilin sonunadək davam edə bilər.

Xəbər lenti

Faktiki hava açıqlanıb

Abbas Əraqçi Omana gedib

Sabah 24 dərəcə isti olacaq